Ukrayna Prezidenti Volodimir Zenlenski Ankarada Ukrayna səfirliyinin yeni binasının açılışında çıxış edib. O qeyd edib ki, Ukrayna sülh istəyir: “Bir ölkə olaraq sülh, müharibənin bitməsini istəyirik. Amma təbii ki, müharibənin sonunun müəyyən təhlükəsizlik zəmanətlərinə əsaslanmasını istəyirik. Biz bu təhlükəsizlik zəmanətlərinin ABŞ, Avropa İttifaqı və Türkiyə daxil olmaqla bütün Avropa tərəfindən verilməsini istəyirik".
Zelenski bu istəyinə nail ola biləcəkmi?
Bununla bağlı politoloq Elçin Alıoğlu Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, Zelenskinin bu istəyinə nail olması bir qədər şübhəli görünür:
“Ona görə ki, ABŞ və Rusiya arasında aparlanan danışıqlarda Zelenski faktiki olaraq ikinci dərəcəli fiqur sayılır. Hələlik əldə edilmiş razılaşmalara görə, Ukraynada birinci atəşkəs elan olunacaq. Daha sonra Ukraynada yeni prezident seçkiləri keçiriləcək. Daha sonra isə yekun sülh müqaviləsi ilə bağlı müzakirələr başlanacaq. Rusiya bildirir ki, Zelenskin indi konstitusiya uyğun olaraq sülh müqaviləsi imzalamaqla bağlı səlahiyyətlərə malik deyil. ABŞ Prezidenti Donald Tramp isə bəyan edib ki, Rusiya ilə danışıqlarda bilavasitə Ukraynanın taleyi həll olunmur, müharibənin taleyi həll olur”.
Politoloq əlavə edib ki, Moskva ilə Vaşinqton arasında müəyyən sözləşmə və yaxud da razılaşma mümkündür:
“Zelenski ilə yanaşı Aİ və NATO-nun da Ukrayna danışıqlarında kənarlaşdırılması, daha dəqiq desək onların ikisinə də uşaq masasının verilməsi və bir kənarda oturdulması da prosesin süni şəkildə yox, təbii şəkildə sürətləndiyindən xəbər verir. Zenlenski hazırda sülh müqaviləsindən danışa bilər. Çünki Ukrayna konstitusiyasına görə, Ukraynanın sərhədləri 91-ci il hüdudlarında bərpa edilməlidir. Amma Rusiya konstitusiyası da var və Rusiya konstitusiyasında Rusiyanın işğal etdiyi indiki ərazilər Rusiya əraziləri sayılır. Ona görə burada konstitusiyon kolliziya məsələsi yaranıb. Ümid edirəm ki, rəsmi Kiyev bu böyük oyunda, onun ikinci dərəcəyə yönəldildiyi bu oyunda məğlub olmayacaq”.
Leyla Turan
Demokrat.az