AFFA istədi, PFL "Qarabağ"ın oyununun yerini dəyişdi

İDMAN 19 fevral 2025, 22:12
Misli Premyer Liqasının 27-ci turu çərçivəsində Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutmalı “Qarabağ” – “Kəpəz” matçının yeri dəyişdirilib.

Demokrat.az xəbər verir ki, martın 15-də Tovuz şəhərində Azərbaycan futbolu adına bir sıra əhəmiyyətli tədbirlər keçiriləcəyi səbəbindən AFFA-nın müraciəti əsasında PFL bu barədə qərar çıxarıb.

PFL bu müraciəti və hər iki klubun razılıq məktubunu rəhbər tutaraq Misli Premyer Liqasının 2024-2025-ci illər mövsümünün təqviminə aşağıdakı dəyişikliyin edilməsinə qərar verib:

Misli Premyer Liqasının 27-ci turunun “Qarabağ” – “Kəpəz” oyunu ilə 35-ci turun “Kəpəz” – “Qarabağ” oyununun yeri dəyişdirilsin. Matç saat 17:00-da start götürəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 fevral 2025, 22:20
21 fevral 2025, 20:46
Top