Azərbaycan-Türkiyə strateji media əməkdaşlığının 5 illiyi ilə bağlı tədbir keçirilir

MEDİA 19 fevral 2025, 10:32
Bu gün Sosial Tədqiqatlar Mərkəzində "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunun 5 ili: birgə fəaliyyətə baxış, gələcək hədəflər" adlı tədbir keçirilir.

Demokrat.az
xəbər verir ki, tədbirin açılışı videoçarxın nümayişi ilə başlandı.

Tədbirdə Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, professor Birol Akgün açılış nitqi ilə çıxış edirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 fevral 2025, 22:58
Top