Politoloq: "Vaşinqton və Moskvanın Cənubi Qafqazla bağlı mövqeləri eynidir"

DÜNYA 18 fevral 2025, 21:59
"Sərhəddə Avropa İttifaqının müşahidəçilərinin fəallığının səbəbi Aİ-nin Trampın hakimiyyətə gəlməsindən böyük narahatlıq yaşamasıdır. Aİ hansı ölkədə müxtəlif formatlarda təmsil olunursa, çalışır ki, həmin yerdə fəallığı artırsın. Müşahidəçilərin ərazimizdə olmasına heç bir zərurət yoxdur. Bu, Emmanuel Makronun oyunbazlığı nəticəsində ortaya gəlmiş fəaliyyətdir".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. 

"Ər-Riyadda ABŞ və Rusiyanın görüş keçirdiyi vaxtda rəsmi Paris biz də burda varıq deyirmiş kimi tələsik görüş keçirdi. Ukrayna məsələsi haqqında danışdılar, ancaq yenə heç bir nəticəyə gələ bilmədilər. Bu addım nümayişkarə atıldı. Fransa, Almaniya və.s bildirmək istəyir ki, guya Avropa Birliyi də dünya siyasətində öz siyasətini deyə bilir. Bu məsələdə Ukrayda ətrafında Aİ-nin yararsız, hətta təhlükəli fəaliyyətini görürük. Onlar ciddi cəhdlə müharibəni silahlandırmağa və davam etməsinə çalışırlar. Bununla da Rusiyanı zəiflətməyə çalışırlar. ABŞ isə istəyir ki, özü ilə bərabər Rusiyanı güc mərkəzinə çevirsin, rolları paylaşsınlar".

O bildirib ki, Vaşinqton və Moskvanın Cənubi Qafqazla bağlı mövqeləri eynidir:

"Onlar başa düşür ki, bölgənin lokomotiv ölkəsi Azərbaycandır. Aİ isə Cənubi Qafqaza xüsusi münasibətlə yanaşır. Onlar istəyir ki, Mərkəzi Asiyaya gedən yolda özlərinin iştirakçılarını işlək vəziyyətə gətirsinlər. Aİ-nin bu məsələdə ən böyük köməyi Azərbaycanla ciddi dialoqa girməkdir. Əks halda Azərbaycan onların yedəyinə oturmayacaq".



Əfsanə Kamal 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 fevral 2025, 22:58
Top