Qahirədə Qəzza üzrə danışıqların yeni mərhələsi keçirilib

DÜNYA 18 fevral 2025, 19:44
Qəzza zolağında vəziyyətin nizamlanması üzrə Qahirədə keçirilən danışıqlar uğurla nəticələnib.

Demokrat.az
xəbər verir ki, bu barədə “Al Ekhbariya” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, görüşdə Misir, Qətər, İsrail və ABŞ nümayəndələri iştirak ediblər. Qahirə və Doha razılaşmanın birinci mərhələsində azad edilməli olan israilli girovların və fələstinli məhbusların fevralın 22-də azadlığa buraxılmasını təmin ediblər.

Fələstinin HƏMAS hərəkatının nümayəndələrinin danışıqlarda iştirak edib-etmədiyini dəqiqləşdirilməyib.
Bu il yanvarın 19-da Qəzza zolağında atəşkəs qüvvəyə minib. 

Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 fevral 2025, 22:58
Top