AZAL: Tbilisi-Bakı reysi texniki səbəblərə görə gecikir

BİZNES 18 fevral 2025, 15:54
"Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-8230 nömrəli Tbilisi-Bakı reysini yerinə yetirən təyyarəsinin uçuşu texniki səbəblərdən gecikir.

AZAL-dan verilən məlumata görə, gecikən reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.

Məlumata görə, yaxın saatlarda reysin Bakıya yola düşməsi gözlənilir.

"Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər. AZAL üçün uçuşların təhlükəsizliyi bir nömrəli prioritet olduğunu və yaranmış narahatlığa görə üzrxahlığımızı bildiririk”, - məlumatda qeyd olunur.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 fevral 2025, 22:58
Top