Fərid Qayıbov bu postunu itirdi

İDMAN 18 fevral 2025, 13:34

Xəbər verdiyimiz kimi, bu gün Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinə yeni üzvlər seçilib.

Demokrat.az xəbər verir ki, siyahıda gənclər və idman naziri Fərid Qayıbov yer almayıb. 

Bununla da, ötən seçkidə vitse-prezident seçilən nazir bu vəzifəsini itirib. 

Onu bu postda isə güləş üzrə Olimpiya çempionu Fərid Mansurov əvəz edib. 

Qeyd edək ki, ötən dəfə vitse-prezident seçilən digər şəxslər -  Çingiz Hüseynzadə və Zemfira Meftahətdinova yenidən bu vəzifəyə seçiliblər.  (Qafqazinfo)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 fevral 2025, 22:58
Top