Fransa idman tədbirlərində hicaba qadağa qoya bilər

DÜNYA 17 fevral 2025, 20:01
Fransa Senatı fevralın 18-də idman tədbirlərində hicab, burka və digər dini simvolların geyinilməsini qadağan edən qanun layihəsinə baxmağı planlaşdırır. 

Demokrat.az xəbər verir ki, bu barədə Le Point nəşri məlumat yayıb. 

Qanun layihəsinin birinci maddəsi bütün idman tədbirlərində dini simvolların qadağan edilməsinə aiddir. Mədəniyyət, Təhsil, Rabitə və İdman Komitəsi bu tədbirin yalnız regional və respublika yarışlarına təsir göstərə biləcəyinə aydınlıq gətirir. Bu qadağa dini xarakterli geyimlərə də şamil olunacaq.Qanun layihəsinin ikinci maddəsi idman qurğularından ibadət kimi dini məqsədlər üçün istifadəni qadağan edir. Üçüncü maddədə üzgüçülük hovuzlarında və digər ictimai çimmək yerlərində dini geyimlərin geyinilməsinin qadağan edilməsindən bəhs edilir.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top