ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında görüş fevralın sonuna qədər baş tutacaq.
Bu görüşdən sülh gözləniləndirmi?
Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullayev Demokrat.az-a açıqlama verib.
O bildirib ki, Donald Tramp və Vladimir Putin arasında fevralın sonunda görüş baş tutarsa, təbii ki, Rusiya-Ukrayna arasında atəşkəsinin əldə olunması istiqamətində danışıqlar aparılacaq:
“Bunun müqabilində Rusiyaya qarşı müəyyən sanksiyalar aradan götürüləcək. Təbii ki, bu görüş heç də problemin həlli istiqamətində ciddi irəliləyişə gətirib çıxarmayacaq. Çünki Avropa İttifaqı və Ukrayna bu prosesdən narazıdır. Ukrayna danışqlarda iştirak etməkdə israrlıdır. Təbii ki, Avropa İttifaqı da artıq öz mövqeyini gücləndirib. Tək tərəfli Rusiya və ABŞ arasında danışqları qəbul etməyəcəklərin də vurğulayıb. Yəni, göründüyü kimi müəyyən fikir ayrılıqları var. Təbii ki, atəşkəs əldə olunarsa, bu növbəti mərhələdə sülh danışıqları üçün yeni bir başlanğıc ola bilər. Amma bu danışıqlarda mütləq Ukrayna və Avropa iştirak etməlidir. Yalnız dördtərəfli format çərçivəsində atəşkəsin əldə olunması və sülh danışıqları mümkündür. Bunlara baxmayaraq, tezliklə sülhün gözlənilməsi mümkün deyil”.
Leyla Turan
Demokrat.az