Eyvandan kəndirlə salladı, 'Bolt' taksi ilə apardı — Abşeronda maraqlı oğurluq

HADİSƏ 17 fevral 2025, 10:40
Abşeron Rayon Məhkəməsində oğurluqda təqsirləndirilən Əli Dadaşovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Demokrat.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 3 il 7 ay 6 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

İttihama görə, hadisə 2022-ci ilin noyabr ayının ortalarında saat 02 radələrində Abşeron rayonu, St.Sumqayıt şəhərciyi, bina 25-də yerləşən mənzillərin birində qeydə alınıb.

Belə ki, 2000-ci il təvəllüdlü Əli Dadaşov zərərçəkmiş S.S.-ə (şərti) məxsus mənzilin eyvanına qaz borusundan dırmaşmaq yolu ilə qanunsuz daxil olub. O, orada olan 1000 manat dəyərində “Demir Döküm” markalı kombi cihazını oğurlayıb.

Hadisədən sonra Əli Dadaşov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

O, məhkəmədə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, istintaqda verdiyi ifadəsini təsdiq edib. Qeyd edib ki, S.S.-ə məxsus mənzildən oğurladığı kombi cihazını eyvandan kəndir ipi ilə sallayaraq aşağı düşürüb. Daha sonra özü də qaz borusu ilə aşağı düşərək, oğurluq cinayətini törədib. Həmin kombi cihazını gecə köşkdə gizlədib, sübh tezdən isə “Bolt” taksi şirkətindən sifariş etdiyi taksi ilə Hökməli qəsəbəsi ərazisində yerləşən metal qəbulu məntəqəsinə aparıb. Əli həmin kombini orada əvvəllər tanımadığı şəxsə 250 manat pula satıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 aprel 2025, 21:50
Top