Hadisə

Xaçmazda avtomobil ağaca çırpılıb, ölən və yaralanan var

Xaçmazda avtomobil ağaca çırpılıb, ölən və yaralanan var

Xudat-Qusar yolunun Xaçmaz rayonunun Köhnə Xudat kəndi yaxınlığından keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

26 yaşlı Murad Məlikməmmədovun idarə etdiyi "Mercedes" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sərnişin Gülnar Hüseynova müxtəlif dərəcəli xəsarətlərlə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(APA)

NE
Nihadə Eyyubova