Sənədsiz evlərlə bağlı MÜHÜM MƏLUMAT

SİYASƏT 14 fevral 2025, 12:48
“Bələdiyyələrlə bağlı daha bir problem sənədsiz evlərlə bağlıdır. Bəziləri 500 min, bəziləri 700 min, bəziləri isə 1 milyona yaxın sənədsiz evlərin olduğunu deyir. Bakı şəhərində yarım milyona yaxın sənədsiz ev var. Bunun bir çox səbəbi var. Qanunsuz tikilmiş, qadağan olunmuş ərazilərdə tikilən evlər var”. 

Bu sözləri parlamentin bugünkü iclasında deputat Kamran Bayramov deyib.

O bildirib ki, bu səbəbdən bələdiyyələr bir milyon əmlakdan vergi tuta bilmirlər:

“Əgər dövlət mərhələli şəkildə sənədsiz evlərin sənədləşdirilməsi işini həyata keçirirərsə, bu həm də bələdiyyələrə xeyir olacaq”. (Bizim.Media)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 mart 2025, 20:10
Top