Psixoloq: "Oyun oynayan zaman uşaqlar real dünya ilə virtual aləmi ayırd edə bilmirlər"

GÜNDƏM 13 fevral 2025, 18:25
"Texnologiya çox inkişaf etdiyinə görə azyaşlılar televizor və planşet və telefondan çox istifadə edirlər. İndi ən təhlükəli məşğuliyyətlərdən biri internetdə olan onlayn oyunlardır. Biz həmin oyunları uşaqlarımızın kimlərlə, hansı şəkildə oynadığını bilmirik. Beləliklə, azyaşlılar təhlükə altında qalırlar. Uşaqlarda ciddi sürətdə səbrsizlik, assosiallıq yaranır".

Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq Fidan Canbabazadə deyib. 

"Çoxlu oyun oynayan zaman uşaqlar real dünya ilə virtual aləmi ayırd edə bilmirlər. Oyun asılılığı ədəbiyyatda narkomaniya və qumar asılılığı ilə eyni tutulur. İradəsi zəif uşaqlar bəzən qarşıdakı təhlükəni ayırd edə bilmirlər. Son zamanlar bu oyunlar səbəbindən uşaqların özlərin qəsd etməsi xəbərləri də qarşımıza çıxır".


O bildirib ki, bəzən valideynlər vəziyyətə nəzarət edə bilmirlər:

"Bu iş kompleks şəkildə həyata keçirilməlidir. Məktəblərdə psixoloqlar bəzən öz işlərinə yerinə yetirə bilmirlər. Ancaq hökmən belə oyunlarla bağlı məktəblilərlə söhbət aparılmalıdır. Valideynlərlə də ayrıca görüş keçirilməlidir. Bütün uşaqlar psixoloji olaraq diaqnostik dəyərləndirmədən keçməlidir. Uşaqlarla yaxın təmasda olunmalı, təkli terapiyalar verilməlidir. Bəzən məktəblərdə yalnız bir psixoloq ola bilir. O zaman aylıq anket aparılmalı, seminarlar təşkil olmalıdır. Bütün bu seminarlarda uşaqlara oyun asılılığının fəsadları, oyunların əslində real olmadığı haqqında danışılmalıdır".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top