Artur Rasizadənin səhhəti PİSLƏŞDİ

SİYASƏT 13 fevral 2025, 15:00
Azərbaycanın sabiq baş naziri Artur Rasizadənin səhhətində problem yaranıb.

Demokrat.az “modern.az”a istinadən xəbər verir ki, keçmiş Baş nazir bu günlərdə səhhətinin pisləşməsi səbəbindən müalicə üçün xarici ölkəyə səfər edib.
 
Onun artıq ölkəyə qayıtdığı bildirilib.

Qeyd edək ki, bir neçə gün sonra - fevralın 26-da Artur Rasizadənin 90 yaşı tamam olur.

Xatırladaq ki, Artur Rasizadə 22 il Azərbaycanın baş naziri olub.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top