![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2025/2/12/1/100263db-4ea3-44ee-a2ec-55d002544662/pxzhnt1giaguxex0tk7mijs3mb3iskdbhgdx5any_1200.jpg)
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk qarşılaşmalarının mərkəzi oyunu kimi İngiltərənin "Mançester Siti" klubu ilə İspaniyanın "Real Madrid" komandası göstərilirdi.
Demokrat.az xəbər verir ki, gərgin keçən oyunda ilk qolu 19-cu dəqiqədə Erlinq Haalandın dəqiq zərbəsi ilə ev sahibləri vurublar. 60-cı dəqiqədə Kilian Mbappe hesaba tarazlıq gətirsə də, 80-ci dəqiqədə Haalandın dublu ilə "şəhərlilər" yenə önə çıxıblar. 86-cı dəqiqədə Brahim Dias oyunda tarazlığı bərpa edib.
90+2-ci dəqiqədə isə Cud Bellinqem kral klubuna qələbə gətirən qolu vurub - 2:3.
Qeyd edək ki, bu cütün cavab matçı fevralın 19-da keçiriləcək.