Sosioloq: "Təhsildə qadınların sayı kişilərin sayından daha çoxdur"

SOSİAL 11 fevral 2025, 17:20
Ölkədə kişilər və qadınlar arasında maaş fərqi gündəmdən düşməyən aktual məsələlərdəndir. Rəsmi statistikaya görə, kişilərin 1 069 manat, qadınların isə orta aylıq maaşı 735 manatdır. Bu, kişilərin 31 faiz çox qazandığını göstərir. Bəzi sahələrdə fərq daha böyükdür. Məsələn, elm və texniki sahələrdə qadınlar kişilərdən iki dəfə az maaş alır. Təhsildə isə fərq 14 faiz təşkil edir.

Mözvu ilə bağlı sosioloq Lalə Mehralı Demokrat.az-a açıqlamasında bildirib ki, qadın və kişinin təbiəti elədir ki, kişinin gördüyü işlərin hamısını qadınlar görə bilmir və elə postlar, elə vəzifələr var ki, orada məhz kişilərin işlənməsi məqsədə uyğundur:

“Doğrudur, kişi işini qadın da apara bilir, amma qənaətbəxş olunmur. Çünki fiziki güc tələb edən, bəzi hallarda kişi beyninin, zəkasının analiz qabiliyyəti tələb olunan vəziyyətlər olur ki, o postu qadın tutarsa effektivlik nisbətən düşür. Mən də qadınam, amma bu gün etiraf etməliyik ki, bəzi işlərdə kişilər qadınlardan daha məhsuldar işləyə bilirlər. Bu, təkcə fiziki əməklə bağlı olan işlər deyil. 

Digər işlər də var ki, qadınlardan daha məhsuldar effektiv işləyir. Bu da təbii ki, rəhbərlik tərəfindən başqa cür qiymətləndirilir, yəni daha yüksək əmək haqqına əlaqvə edilir”.

Sosioloq onu da bildirib ki, bəzi hallarda kişilər ailə başçısı olduğuna görə və ailədə bir çox hallarda tək işləyən olduğuna görə müəssisə tərəfindən bu nəzərə alınır:

“Kişi iş görüşünə gedəndə və yaxud da müraciət edəndə hüdud qoyur. Yəni, bu məbləğdən aşağıya işləyə bilmərəm, çünki baxacaq bir ailəsi olduğunu bilir. Bunlar da təsirini göstərir. Bəzi hallarda kişilərin qeyd etdiyim əmək məsələlərində daha enerjili və daha dözümlü olduqları məsələsi özünü göstərir. Məsələn, gecə növbəsi olan işlərdə kişilər qadınlardan daha dayanıqlıdır, daha effektiv və məsul işləyə bilirlər. 

Fiziki əməklə bağlı olan işləri heç demirəm, bu çünki tamamilə aydın məsələdir ki, kişilərin gücü ilə qadınların gücü müqayisə edilməz. Bu məsələdə də kişilər təbii ki, daha çox enerji sərf edib, daha çox işləyib və daha çox maaş ala bilirlər. Təhsildə qadınların sayı kişilərin sayından daha çox olduğuna görə say etibarilə çoxdur. 

Mən təhsildə kişilərin daha çox üstünlük təşkil etməsinin tərəfdarıyam. Çünki təhsillə bağlı çox ciddi qayğılarımız, kişi müəllimlərin sayının azlığı ilə bağlı çox ciddi narahatlıqlarımız var. Kişi müəllimlərin məktəbə, təhsilə qaytarılması üçün onlara daha yüksək məvacib təyin edilməli olduğunu düşünürəm. Yəni, bu gün uşaqların tədris məsələsində kişilərin rolu demək olar ki, sıfıra bərabərdir və bu, faizi yüksəltmək üçün ciddi formada təşviq lazımdır. Bu təşviq də təbii ki, müəyyən imtiyazlarla, əmək haqları ilə həyata keçirilməlidir”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top