![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2022/9/12/1/ac4b029f-7cd6-4b5f-8a8a-84218a0a0861/korpe.jpg)
2025-ci ilin yanvar ayında 6 uşaq övladlığa, 2 uşaq isə himayədar ailəyə verilib.
Demokrat.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, ümumilikdə övladlığa və himayədar ailəyə verilmiş uşaqların ailədəki vəziyyətinin öyrənilməsi məqsədilə son bir ayda 110 monitorinq keçirilib.
Reinteqrasiya tədbirləri də davam etdirilib və 21 uşağın müəssisələrə düşməsinin qarşısı alınıb, 14 uşaq isə müəssisələrdən ailələrinə reinteqrasiya edilib.