Gəncə Reabilitasiya Mərkəzinin pasiyentinin müəmmalı ölümü: Döyüldüyü iddia edilir

HADİSƏ 07 fevral 2025, 10:26
Gəncə Reabilitasiya Mərkəzində xəstə özünə xəsarət yetirib.

Demokrat.az-ın məlumatına görə, orada müalicə alan, ruhi-əsəb xəstəliyindən əziyyət çəkən, 1987-ci il təvəllüdlü Mirkamil Vəlixanov əvvəlcə mərkəzdə başını divara vurub. Daha sonra isə özünü pilləkənlərdən atıb.

O, Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, M.Vəlixanov xəstəxananın reanimasiya şöbəsində ölüb.

Yaxınları M.Vəlixanovun döyülərək öldürüldüyünü iddia edirlər.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 fevral 2025, 21:59
07 fevral 2025, 21:34
07 fevral 2025, 21:15
07 fevral 2025, 19:59
Top