“Bakı Metropoliteni” QSC-də yeni departament yaradıldı, bloqerə vəzifə verildi

DAXİLİ SİYASƏT 05 fevral 2025, 16:49
“Bakı Metropoliteni” QSC-də yeni departament yaradıldı, bloqerə vəzifə verildi

“Bakı Metropoliteni” QSC-də struktur dəyişikliyi baş verib.

Qurumda Kommunikasiya departamenti yaradılıb. Bloqer Şaban İmkani “Bakı Metropoliteni” QSC-də Kommunikasiya departamentinin müdiri vəzifəsinə təyin olunub.

Xatırladaq ki, “Bakı Metropoliteni” QSC Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinə Bəxtiyar Məmmədov rəhbərlik edir.

Azadmedia.az-a daxil olan məlumata görə Şaban İmkani “Bakı Metropoliteni” QSC-nin yeni sədri Vüsal Aslanovla ADY-də birgə çalışıb, əvvəllər ADY-nin Çağrı Nərkəzinin rəisi olub. Çox bacarıqlı kadr olduğu bildirilir. Bir müddət əvvəl ordan ayrılıb, fəaliyyətini özəl sektorda davam etdirib.

Sözügedən departamentə ADY-dən işdən çıxarılan Aybəniz İsmayılovanın təyinatı gözlənirdi, 6 yanvar 2025-ci ildən ADY-dən uzaqlaşdırılan A.İsmayılova “Bakı Metropoliteni” QSC-də görünməyə başlamışdı. Şaban İmkaninin təyinatı xəbəri gəzən söhbərlərə son qoydu.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 fevral 2025, 19:07
Top