"Əlverişsiz hava şəraitində balıq ovuna çıxarkən mütləq təhlükəsizlik məsələsini nəzərə almaq lazımdır. Çünki insanın həyat və sağlamlığı məsələsi ortadadır. Dumanlı, yağışlı havada əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq olunubsa, xəbərdarlığı ciddiyə almaq lazımdır. Nəzərə almaq lazımdır ki, kiçik həcmli gəmilər, qayıqların batma təhlükəsi ola bilir. Nasazlıq və ya qayığın çevrilməsi nəticəsində insanlar dənizə düşə bilər".
Bu sözləri Demokrat.az-a açıqlamasında təhlükəsizlik eksperti Elmar Nureliyev deyib.
O bildirib ki, nasaz vəziyyətdə olan qayıq və.s ilə istənilən halda dənizə çıxmaq təhlükəsizlik baxımından yolverilməzdir:
"Bütün kiçikhəcmli gəmilər, qayıqlar qeydiyyata alınmalı, müvafiq texniki baxışdan keçməli, idarə edən şəxsin hüququ olmalıdır. Kustar üsulla düzələn, istismar müddəti bitmiş, yararsız olan qayıqla, kiçik həcmli gəmi ilə ova çıxmaq insan həyatına birbaşa təhlükə yaradır. Müvafiq qurumların əlverişsiz hava şəraiti ilə bağlı olan xəbərdarlıqlarını ciddiyə alaq, təhlükəsizlik qaydalarına riayət edək".
Əfsanə Kamal
Demokrat.az