“AFB Bank” ASC-nin Müşahidə Şurasına sədr təyin edilib

BİZNES 03 fevral 2025, 14:32
Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən, Şahverdiyev Vüsal İlqar oğlu Müşahidə Şurasının sədri vəzifəsinə təyin edilib.
 
Vüsal Şahverdiyev bu təyinatadək “Azərikard” MMC-də Müşahidə Şurasının üzvü, “ABB” ASC-də (Azərbaycan Beynəlxalq Bankı) Transformasiya Ofisinin direktoru, Strategiya Ofisinin direktoru və digər banklarda müxtəlif vəzifələrdə çalışmışdır.

O, Azərbaycan Dövlət Neft Akademiyasında Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə təhsil almış, Columbia Business School-un “Driving Strategic Impact” və Duke University Fuqua School of Business-in “Adaptive Strategic Execution” proqramları üzrə məzun olmuşdur.
Xatırladaq ki, “AFB Bank” 2008-ci ildə fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 70.39 milyon manatdır. Bankın səhmlərinin 99.64 %-i Hikmət Abuzər oğlu İsmayılova (“Azsığorta” ASC-nin 100 %-lik səhmdarı, “Bank of Baku” ASC-nin 31.11 %-lik səhmdarı), 0.18 %-i Cəmil Tahir oğlu Muradova, 0.18 %-i isə  Toğrul Hacıyev Ülvi oğluna məxsusdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top