Azərbaycanda qadını oğurladılar — Polis hərəkətə keçdi

HADİSƏ 04 fevral 2025, 10:23
İmişlidə qadın oğurlanıb.

Demokrat.az xəbər verir ki, rayon Polis Şöbəsinə rayonun Boşçalılar kənd sakini olan bir qadının naməlum şəxslər tərəfindən oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin qadının olduğu "Mercedes" markalı avtomobil Salyan rayonu ərazisində müəyyən edilərək saxlanılıb, əməli törətməkdə şübhəli bilinən Elbrus Cəfərov, Vasif Məmmədov və İlkin Şirinov tutularaq istintaqa təqdim olunublar.

Faktla əlaqədar İmişli rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib./lent.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top