İnsult keçirən xalq artistinin vəziyyəti necədir?

ŞOU-BİZNES 04 fevral 2025, 14:34
Xalq artisti Fatma Mahmudovanın səhhəti normallaşıb.
 
Demokrat.az xəbər verir ki, bu barədə Xalq artisti Fatma Mahmudovanın qızı Nigar Tofiqızı deyib.
 
Qızı hazırda aktrisanın müalicəsinin davam etdirildiyini bildirib:
 
"Anam xəstəxanadadır və hazırda reanimasiyadadır. Sağlamlığı bərpa olunur. Allah bütün xəstələrə şəfa versin". 
 
Xalq artistinin qızı anası haqqında sosial şəbəkələrdə yayılan məlumatlardan əsəbiləşdiyini qeyd edib:
 
"Oxuyuram, dəhşətə gəlirəm. Adam necə bir insan haqqında olmayan məlumatlar yazar? Hamısı da dəqiqləşməmiş məlumatlardır". 
 
Qeyd edək ki, Xalq artisti Fatma Mahmudovanın səhhətində problemlər yaranıb. Həkimlər onun beyin insultu keçirdiyini qeyd edib. (qaynarinfo.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top