“Bu il ölkəmizdə “Konstitusiya və Suverenlik ili” olduğu üçün Amnistiya Aktına da ehtiyac var”.
Demokrat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
O qeyd edib ki, Ümumilli Lider hakimiyyətə gələndən sonra ilk olaraq ölüm hökmünə moratorium qoyuldu və bundan sonra Azərbaycanda ölüm höküm ləğv olundu: “Ümumilli Liderdən başlayarq Prezidetin və Birinci vitse-prezidentin təşəbbüsü ilə Azərbaycanda 13 Amnistiya Aktı qəbul olunub, 70-dən artıq əfv sərəncamı verilib. Hesab edirəm ki, parlament də təşəbbüs göstərib Müstəqillik Gününə qədər hazırlayıb təqdim edə bilər.
Əfv Komissiyasında müariciətlərə baxılır, buraxılanlar olur. Amma Amnistiya geniş əhatəyə şamil olunur. Ona görə də belə təşəbbüsün parlamanetdə qəbul edilməsi bütün vətəndaşlarımızı sevindirər. Xüsusilə, Azərbaycanın suverenliyi uğrunda döyüşüb, vuruşub, sonradan səhvə yol vermiş insanlar var ki, həbsxanadadır. Onların azadlığa çıxması da bu ildə vacib olan məsələlərdəndir”.