Gəncədə mikroavtobusla minik maşını toqquşdu: YARALILAR VAR

HADİSƏ 02 fevral 2025, 20:10
Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az APA-ya istinadən məlumat verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Hərəkətdə olan VAZ markalı minik maşını ilə "Mercedes-Benz" markalı mikroavtobus toqquşub.

Hadisə nəticəsində 1992-ci il təvəllüdlü J.Zeynalova, 1973-cü il təvəllüdlü M.Abbasova, 1964-cü il təvəllüdlü Z.Orucova və daha iki nəfər xəsarət alıblar.

Yaralıların birinin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, qəzaya düşən mikroavtobus 28 saylı xətt üzrə işləyirdi.

Qəza zamanı mikroavtobusda sərnişinlər olublar.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top