Mirmahmud Mirəlioğlu niyə görünmür?

SİYASƏT 02 fevral 2025, 22:30
Klassik Xalq Cəbhəsi Partiyasının sədri, sabiq deputat Mirmahmud Mirəlioğlu uzun müddətdir mediadan kənar gəzir.

“Modern.az”ın partiya sədrinin gündəmdən niyə kənar qalması ilə bağlı suallarına yazar Elman Eldaroğlu aydınlıq gətirib.

Onun sözlərinə görə, M.Mirəlioğlu bu yaxınlarda əməliyyat olunub və hazırda ev şəraitində müalicəsini davam etdirir:

“Ağanı evində ziyarət etdik. Məlum oldu ki, onun feysbuk səhifəsi ötən ilin noyabr ayının 9-dan hansısa nəməlum səbəblərə görə bağlanıb. Hətta mütəxəsislər çalışsa da, səhifəni bərpa etmək mümkün olmayıb və artıq 3 aya yaxındır ki, sosial şəbəkədə heç bir status paylaşa bilmir. Qəribədir, nədənsə sosial platformalarda bu haqda heç bir xəbər getməyib ki, insanlar məlumatlansınlar...
Mirmahmud Mirəlioğludan ayrılarkən hamıya salam söyləməyimizi xahiş etdi. Mirmahmud ağaya can sağlığı, tezliklə əhval-ruhiyyəsinin bərpasını arzulayırıq”.

   




 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top