Lənkəranda itkin düşən balıqçılardan birinin meyiti tapıldı

HADİSƏ 02 fevral 2025, 11:44
Xəzər dənizinin Lənkəranın Siyavar kəndinə düşən sahilində meyit aşkarlanıb.

Demokrat.az xəbər verir ki, meyitin bir müddət əvvəl itkin düşən balıqçılardan birinə aid olduğu deyilir.

Qeyd edək ki, yanvarın 14-də balıq tutmaq məqsədilə Lənkəran rayonunun Siyavar kənd sakinləri 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasov dənizə çıxıblar və itkin düşüblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 fevral 2025, 12:49
Top