İrəvan məhkəməsi Ermənistan paytaxtının mərkəzində əcnəbilərin “Qarabağ” mahnısı oxuduğu videonu və onu müşayiət edən postu yaydığına görə saxlanılan Qərib Babayanı həbs etməkdən imtina edib.
Demokrat.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Babayanın vəkili Abqar Poqosyan məlumat yayıb.
Qeyd edək ki, Babayan nifrət təbliğ etməkdə ittiham olunub.
“Məhkəmə həbslə bağlı vəsatəti təmin etməyib. Qabaqlayıcı tədbir kimi inzibati nəzarəti və ictimai nitqlə bağlı məhdudiyyətlər seçilib”, - vəkil bildirib.
Shamshyan.com-un məlumatına görə, ötən gün İrəvanda ictimai asayişi kobud şəkildə pozub, əhaliyə qarşı hörmətsizlik edib, həmçinin şəhər avtobusunda nalayiq hərəkətlər nümayiş edən İran vətəndaşı Milard Vahid saxlanılıb. Nəşrin sözlərinə görə, saxlanılan iranlı İrəvanın Respublika meydanında “Qarabağ”mahnısını oxuyanlardandır.
Xatırladaq ki, yanvarın 30-da sosial şəbəkələrdə bir qrup şəxsin İrəvanın Respublika meydanında Azərbaycan dilində “Qarabağ” mahnısını ifa etməsini əks etdirən video yayılıb. Videonun yayımlanması geniş rezonansa səbəb olub. Yanvarın 31-də ölkənin Milli Təhlükəsizlik Xidməti bəyanat yayaraq, Respublika meydanında olanların dekabrın 30-dan yanvarın 3-dək Ermənistanda olan İran vətəndaşları olduğunu qeyd edib. Qeyd edilib ki, görüntüdə dözümsüzlük və nifrətə çağırış elementləri var və bu səbəbdən materialları İstintaq Komitəsinə ötürüb. Babayan saxlanılıb, İstintaq Komitəsi onun həbsi ilə bağlı vəsatət verib.