Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək

SOSİAL 01 fevral 2025, 13:07
Sosial şəbəkələrdə fevral ayının 1-dən etibarən marketlərdə çörəyinin qiymətinin artımı barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Demokrat.az "report.az"a istinadən xəbər verir ki, çörək istehsal edən tanınmış şirkətlərdən biri yeni çeşiddə məhsulu istehsala buraxacaq. Belə ki, marketlərdə 55 qəpiyə satılan 510 qramlıq zavod çörəyi ilə yanaşı, fevral ayının 1-dən etibarən yeni çəkidə, yeni qiymətə - 65 qəpiyə 620 qramlıq zavod çörəyi ikinci çeşid kimi tədarük olunacaq.

Bütün bunlar onu göstərir ki, əslində sosial şəbəkələrdə qiymət artımı barədə yayılan xəbərlər həqiqətə uyğun deyil. Söhbət yalnız yeni çeşiddə çörəyin satışa çıxarılmasından gedir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 fevral 2025, 00:29
01 fevral 2025, 20:12
Top