Fərda: "İşsiz olanda arxamca gülüb, sevinirdilər"

ŞOU-BİZNES 01 fevral 2025, 12:11
"Bir vaxtlar filmlərə çəkildim, kinoteatrlarda yayımlandı. "Ögey ata"dan sonra Fərda sevənlərin kinoteatra axını oldu. Film sektoru ayıldı ki, camaat kinoya baxırmış ki... Onda yığışdılar bir yerə. Harada pul var başı çıxan da, çıxmayanda yığışır ora. Ondan sonra "Xoxan", "Oğlan evi" çəkildi. Axın başladı film sahəsinə Tamaşaçıların kinoteatra getməyi 3 il çəkdi. Çox ucuz şeylər çəkdilər, bərbad filmlər çıxdı. Tamaşaçını küsdürdülər".

Demokrat.az  “axşam.az”a istinadən xəbər verir ki, bu sözləri aktyor Fərda Xudaverdiyev "Səhnə adamı" yutub layihəsində deyib. Sənətçi son günlər çəkilən filmləri pisləyib.

Fərda əlavə edib ki, artıq bir çox layihədə yer almayacaq:

"Başqa layihələrdə olmayacağam. Ancaq öz yaradıcılığıma həsr olacaq. Hansı ölkədə azərbaycanlı var gedib orada stand-up edcəyəm. Öz qələmimdən və kameradan gördüyüm filmlərə çəkiləcəyəm. Söz verirəm, yenidən tamaşaçı kinoteatra maraq göstərəcək.

Yolumu kəsən, işsiz olanda arxamca sevinib, gülənlərə minnətdaram. Məni bu qədər böyütdünüz. Allah yolunuzu açıq etsin, sizə milyonlar qismət etsin. Ən böyük milyonlar məndə çoxdan var".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 fevral 2025, 00:29
01 fevral 2025, 20:12
Top