AYNA rəhbərliyi jurnalistlərə trolluq təklif edib? — Aybəniz İsmayılova ilə bağlı ŞOK İDDİA

GÜNDƏM 31 yanvar 2025, 18:36
“Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin müdiri Aybəniz İsmayılova haqqında yeni iddialar ortaya çıxıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Aybəniz İsmaylova bu yaxınlarda Azərbaycanın tanınmış jurnalistlərini “Port Baku”ya dəvət edərək, onlara Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) PR işinin qurulmasında trolluq fəaliyyəti təklif edib. 

İddialara görə, Aybəniz İsmayılova bu xidmətin qarşılığında həmin jurnalistlərə yüksək qonorar veriləcəyini vəd edib. 

O, bu işlərin görülməsi üçün AYNA rəhbərliyinin də razılığını aldığını söyləyib.

Ancaq söhbət zamanı jurnalistlərdən bir neçəsi Aybəniz İsmayılovanın bu təklifinə etiraz edərək, görüşü yarımçıq tərk ediblər.

Demokrat.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Aybəniz İsmayılova “Azərbaycan Dəmir Yolları” QSC ilə yanaşı, AYNA və "Bakı Metropoliteni" QSC-nin də PR-la bağlı tenderlərini ələ keçirməyə çalışırmış. 

İddialarla bağlı Aybəniz İsmayılova suallarımızı cavabsız qoyub. 

Xatırladaq ki, bu gün “Pravda.az” saytı Aybəniz İsmayılovanın xidməti vəzifəsini icra edərkən yeyinti və bir qrup işçiyə köçən mükafatı mənimsəmə səbəbindən işdən uzaqlaşdırılması barədə məlumat yayıb.

Məlumata görə, hazırda əmək məzuniyyətində olduğu bildirilən A.İsmayılovanın fevralın 3-də məzuniyyəti bitdikdən sonra işinə xitam veriləcəyi deyilir. 

İddialarda bu da bildirilir ki, departament müdiri “Bakı Metropoliteni” QSC-nin yeni sədrinə iş üçün müraciət etsə də, müsbət cavab ala bilməyib. 

Sayt məsələni aydınlaşdırmaq üçün Aybəniz İsmayılova ilə əlaqə saxlayıb.  

Departament müdiri deyilənlərin iftira olduğunu bildirib: 

“Qətiyyən belə bir şey yoxdur. İftiradır. Mən hazırda məzuniyyətdəyəm. Hara lazımdırsa, dəstək verirəm, amma əlavə suallara bu dəqiqə ehtiyac yoxdur”. 


Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
31 yanvar 2025, 22:13
31 yanvar 2025, 20:26
Top