Bakının Nərimanov rayonunda ticarət mərkəzinin qarşısında odlu silahla qətl törətməkdə təqsirli bilinən İsmayıl Allahverdiyevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Demokrat.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Günay Əsgərova ittiham nitqi ilə çıxış edib. O, İsmayıl Allahverdiyevin 18 il 6 ay müddətinə azadlıqdan mərhum edilməsini təklif edib.
Daha sonra zərərçəkmiş şəxslərin vəkili Ceyhun Məmmədov çıxış edib. O, dövlət ittihamçısının çıxışı ilə razı olmadığını deyib.
Vəkil qeyd edib ki, təqsirləndirilən şəxs mərhum Tural Kosayevdən üzr istəməyi tələb edib, əks halda öldürməklə hədələyib. Vəkil deyib ki, təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli şəxsdir. Onun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.
Müdafiə çıxışı edən təqsirləndirilən şəxsin vəkili isə məhkəmədən ədalətli qərar çıxarılmasını istəyib.
Daha sonra təqsirləndirilən şəxs son söz deyib. O bildirib ki, mərhum onu təhqir edib. Onun sözlərinə görə, mərhum onun üzərində üstünlüyünü nümayiş etdirib. O məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edib: "Mənim onunla əlaqəm olmayıb. Mən hərbçi adam idim.Həmişə təlimlərdə olmuşam"
Daha sonra hakimlər hökm elan edib. Hökumə əsasən İsmayıl Allahverdiyev 17 il müddətinə azadlıqdan mərhum edilib.
İsmayıl Allahverdiyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (Ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 228.2.2-ci (Təkrarən qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını saxlama və gəzdirmə), 232.2.3-cü (öz qulluq mövqeyindən istifadə etməklə odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını talama) və digər maddələri ilə ittiham elan edilib.
İttihama görə, hadisə ötən ilin iyunun 26-sı qeydə alınıb.
Hadisəni törədən 20 yaşlı İsmayıl Allahverdiyev 24 yaşlı Tural Kosayevi "Metropark" ticarət mərkəzinin önündə güllələyib.
İttihama görə, Tural Kosayevin yanında qız da olub. Mərhum qıza görə İsmayıl Allahverdiyevi təhqir edib .
Mübahisədən sonra o, qaçmağa başlayıb, İsmayıl isə belindən silahı çıxararaq Turala atəş açıb. Hadisəni törədən 20 yaşlı İsmayıl Allahverdiyev "Ya sən öləcəksən, ya mən", - deyərək 24 yaşlı Tural Kosayevi güllələyib.
Qeyd edək ki, hər iki şəxs Qazax rayonunun Daş Salahlı kəndindədir.
Bundan başqa, İsmayıl Allahverdiyev müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur.
Fariz Məlikli
Demokrat.az