İbrahim Rəisinin xanımı istefaya göndərildi

REGİON 28 yanvar 2025, 15:09
İranın Ali Mədəni İnqilab Şurasının katibi Əbdülhüseyn Xosropənah Cəmilə Alamolhodanı Şura yanında Təhsil üzrə Qərargahın rəhbəri vəzifəsindən kənarlaşdırıb.

Demokrat.az  "Azad İran"a istinadən xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.

Bildirilib ki, onun yerinə Cəlal Musəvi Xatir təyin edilib.

Qeyd edək ki, Cəmilə Alamolhoda helikopter qəzası nəticəsində həlak olan İran Prezidenti İbrahim Rəisinin həyat yoldaşıdır.

Xatırladaq ki, İbrahim Rəisi bir sıra dövlət məmurları ilə birgə 2024-cü il mayın 19-da helikopter qəzası nəticəsində həlak olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 yanvar 2025, 09:57
Top