Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Neftçala rayonu ərazisində ov qaydalarını pozan şəxslər saxlanılıb.
Demokrat.az xəbər verir ki, araşdırma zamanı həmin şəxslərin Nefçala rayonu Dördlər kənd sakinləri Ağakişi Quliyev, Yusif Əliyev, Tatarməhlə kənd sakinləri Xəyal Vəliyev, Əfqan Həziyev, Vidadi İskəndərov, Abasallı kənd sakini Vasif Cəbrayılov və Bakı şəhər sakini Nazim Rzayev olduğu müəyyən edilib, onlardan ov silahları, qanunsuz ovlanmış 1 baş çöl donuzu və çöl quşları aşkar edilərək götürülüb.
Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.