Mingəçevirdə Şəhidlərin Xatirə Muzeyi niyə təmir olunmur? — VİDEO

SOSİAL 26 yanvar 2025, 16:33
30 il əvvəl Mingəçevir Şəhidlər xiyabanı ərazisində inşa edilən Şəhidlərin Xatirə Muzeyi bərbad vəziyyətə düşüb.

Muzeydə hazırda həm Birinci Qarabağ, həm də 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan 200-ə yaxın qəhrəmanın 1800-dən çox əşyası saxlanılır.

Binanın yararsız vəziyyətə düşməsi digər şəhidlərin əşyalarının burada saxlanılmasını mümkünsüz edib.

"Çox pisdir. Dəfələrlə döşəmənin altından ilan çıxıb, öz vəsaitimizlə buranı dərmanlamışıq. Tavan dağılıb tökülür, çatlar yaranıb. Əşyaların hamısı xarab olub gedir. Xahiş edirik, muzeyi təmir etsinlər", - şəhid qardaşı Elşən Ağakişiyev deyib.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən bildirilib ki, hazırda muzeylərin fəaliyyətinin təkmilləşdirilməsi və yeni formatda ziyarətçilərə təqdim edilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, muzey ekspozisiyalarının müasir baxışların tətbiqi ilə yenidən qurulması, fond saxlanclarının müasir standartlara uyğun qurulması istiqamətində təkliflər hazırlanır.

Mingəçevir Şəhər Tarix Muzeyinin bazasının möhkəmləndirilməsinin qeyd olunan islahatlar çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 30 illik tarixi olan muzeydə 6 nəfər işçi çalışır ki, onların da 4-ü şəhid ailəsi üzvləridir.

Daha ətraflı Baku TV-nin videomaterialında:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top