“Alen Simonyan 3 kəndin Azərbaycana qaytarılması məsələsini dilə gətirib. O, Sofulu, Barxudarlı, Yuxarı Əskipara (Qazax) haqqında danışıb.
Bu Azərbaycanın məsələ haqqında göstərdiyi təzyiqlərdən irəli gəlir. 4 kənd məsələsi gündəmə gəldiyi zaman proseslər dayanmışdı. Prezident İlham Əliyev son çıxışında anklav ərazilər də daxil olmaqla bütün ərazilərin qaytarılması məsələsinin mütləqliyini vurğuladı”.
Bu sözləri Demokrat.az-a açıqlamasında hərbi ekspert Rövşən Məhərrəmov deyib.
“Ermənistan bilir ki, Azərbaycan öz iddiasından əl çəkən deyil. Hər bir halda bu məsələ həll olunmalıdır. Onlar 3 kəndin ilkin olaraq qaytarılması və masada Kərki (Naxçıvan) kəndinin qaytarılması prosesini müzakirə etmək haqqında düşünürlər. Yanvar ayını 6-da bu kəndlərlə bağlı Dövlət Komissiyasının görüşü olub. Azərbaycan tərəfinin təzyiqini Ermənistan hiss edir. Nəticənin sonda pis olacağını da gözə gətirirlər. Ermənistanın hazırki hakimiyyəti proseslərin sülh yolu ilə həll olunması məsələsini uzadır. Əvvəl Paşinyan 2027-ci ildə konsititusiyada dəyişiklik olacağını bildirmişdi. Daha sonra bildirdi ki, onların konsititusiyasında heç bir işğal ifadəsi yoxdur. Yenidən məsələyə qayıdıb 2026-cı il seçkilərindən sonra 2027-ci konsititusiyada müəyyən maddələrin dəyişikliyinə baxılacağını bildirdilər”.
O bildirib ki, Azərbaycan tərəfinin təzyiqlərini indiki Ermənistan hakimiyyəti başa düşür:
“Prezident İlham Əliyevin heç bir görüş keçirilməyəcəyi, lazım olacağı halda Bakıda görüş keçiriləcəyi haqqında dedikləri onlara yetəri qədər xəbərdarlıq oldu.
Onlar anladı ki, Azərbaycan öz haqlı davasından əl çəkməyəcək. Alen Simonyan bunları nəzərə alaraq bildirdi ki, bu kəndlər Azərbaycana qaytarılacaq. Həmin kəndlər vacib strateji kəndlərdir. Sofulu və Barxudarlı İcevan yolunda yerləşir. Bu ərazilərdən keçən yollar Ermənistana gedən yollardır. Bu məqamda hansısa yollar anklav olmamaq üçün Azərbaycana qatıla bilər.
Yuxarı Əskipara da tarixi və strateji əhəmiyyətə malik kənddir. Kəndin Mədəniyyət Nazirliyində tarixi abidələri var. Kənd Qazax rayonunun ən yüksək ərazilərindən birində yerləşir. Azərbaycan tərəfinin haqlı təzyiqi nəticəsində Ermənistan 3 kəndi qaytarmalı, Kərki kəndinin məsələsinə baxmalıdır”.
Əfsanə Kamal
Demokrat.az