Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso ilə görüşüb.
Bununla bağlı Demokrat.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Azərbaycan Respublikası ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında zaman-zaman sazişlər imzalanır:
“Hər bir ölkə AYİB-lə əməkdaşlıq etməyə çalışır. Bu bank tərəfindən müxtəlif ölkələrdə daha çox infrastrukturun qurulmasına sərmayəlar qoyulur. Ötən gün imzalanan saziş ölkəmiz üçün uğurlu bir addımdır. Düşünürəm ki, AYİB-lə bundan sonra da sosial, iqtisadi və infrastruktur istiqamətlərində də sazişlər imzalanacaq. Bu cür sazişlərin imzalanması ölkəmizi dünyada daha da tanıdır. Həmçinin, burada xeyir görən tərəf də biz oluruq. Görüş zamanı Avropaya yaşıl enerjinin ixracı, bununla bağlı həm Gürcüstanla, həm də Mərkəzi Asiya ölkələri ilə regional əməkdaşlıq layihələri və imkanları barədə müzakirələr aparılması da əsas məqamlardan biridir”.
Leyla Turan
Demokrat.az