"Ermənistanda müxalifətdə Köçəryan- Sarkisyan qruplaşması var. Həmin qruplaşma sülhə əngəl olur, hər vəchlə Paşinyana əks olmağa çalışırlar. Keçən il keşiş məsələsini ortaya atıb, Paşinyana qarşı çıxdılar. Xalqın əksəriyyəti Paşinyanı dəstəklədiyi üçün məqsədlərinə nail ola bilmədilər. Eyni zamanda Paşinyan və onun komandası Soros tərəfindən hakimiyyətə gətirildiyi üçün komandanı ABŞ və Aİ dəstəkləyir. Ermənistan artıq ABŞ ilə mütəffiqlik bəyənnamə imzalayıb, Aİ-yə isə üzv olmaq istəyir".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elşad Həsənov deyib.
Politoloq bildirib ki, dünən Lavrov Armen Mirzoyanı qəbul edib:
“Mirzoyan görüş zamanı bildirib ki, Aİ-yə üzv olmaq vətəndaş cəmiyyətinin təşəbbüsüdür və Ermənistan Avrasiya İttifaqına üzv olaraq qalacaq. Mirzoyan KTMT-dən çıxmayacaqlarını bildirərək öz mövqelərinə manevr etdi.
Erməni müxalif qruplar Qarabağdan çıxmaqlarını heç cür qəbul edə bilmirlər. Nə etsələr də, bütün bunlar tarixin tozlu rəflərində qaldı. Azərbaycan öz əzəli torpaqlarını bərpa etdi. Dünən Alen Simonyan jurnalistlərin provokasyalı suallarına cavab verərkən Artsax yox, Qarabağ sözünü işlətdi".
Onun sözlərinə görə, bütün bunlar sülhə xidmət edən məsələlərdir:
"Ancaq müxalifət sülhə əngəl olmağa çalışır ki, xalqın gözündə öz imiclərini qaldıra bilsinlər, gələcəkdə hakimiyyətə yol açsınlar. Erməni xalqı isə artıq reallığı başa düşüb. Paşinyan erməni xalqına bildirdi ki, onlar real Ermənistanı qoruyub saxlamalı, miflərdən əl çəkməlidirlər.
"Böyük Ermənistan" yaratmaq xülyası onları hər zaman fəlakətə sürükləyib. İndiki dövrdə hakimiyyət və xalq reallıqla hesablaşır. Hesab edirəm ki, Ermənistan Azərbaycanın tələb etdiyi sülh müqaviləsini imzalayacaq, torpaq iddiasından əl çəkəcək. Çünki müxalifətin atdığı addımlar heç nə vəd etmir".
Əfsanə Kamal
Demokrat.az