AMB kartlardan oğurluq hallarına qarşı tədbirlər həyata keçirəcək

İQTİSADİYYAT 22 yanvar 2025, 12:16
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkə vətəndaşlarının kart hesablarından oğurluq halları ilə bağlı bir neçə tədbir həyata keçirməyi nəzərdə tutur.

Demokrat.az xəbər verir ki, bunu AMB-nin İdarə Heyətinin sədr müavini Vüsal Xəlilov təmsil etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.

"Nağdsız ödənişlər artıqca, dələduzluq halları da artır. Bütün ölkələrdə bunu müşahidə etmək olar. Əfsuslar olsun ki, Azərbaycanda da belə hallar artmaqdadır. Bu, əsasən vətəndaşların özlərinə məxsus məlumatları paylaşmasından irəli gəlir. AMB ilk olaraq bu ilin martından maliyyə sektorunda informasiya və kibertəhlükəsizlik qaydalarını yeniləyəcək. Bunun müəyyən qədər müsbət təsiri olacaq. Eyni zamanda maliyyə qurumları ilə birgə mediada marifləndirici işlər aparılacaq", - deyə o qeyd edib. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 yanvar 2025, 14:43
Top