ABŞ-də “miqrant ovu” başlayıb

DÜNYA 22 yanvar 2025, 09:01
ABŞ-da qeyri-qanuni mühacirlərin sonradan deportasiya olunmaq üçün saxlanılması üçün reydlər başlayıb.

Demokrat.az xəbər verir ki, bunu prezident Donald Tramp administrasiyasının sərhəd təhlükəsizliyi məsələləri üzrə kuratoru Tomas Homan CNN telekanalında deyib.

“Bəli, immiqrasiya və gömrük xidməti bu gün artıq qanunu tətbiq edir. Bu, bizim prioritetimiz olacaq”- deyə, o əlavə edib.

ABŞ Prezidenti Donald Tramp söz verdiyi kimi miqrantlara qarşı sərt addımlar atmağa başlayıb. O, özünün “doğum hüququ əsasında vətəndaşlıq” sərəncamında rəsmi qurumları ölkədə dünyaya gəlmiş uşaqların valideynlərindən ən azı birinin ABŞ vətəndaşlığı olmadığı və ya burada daimi yaşamadığı təqdirdə onların vətəndaşlığını təsdiq etməməyə çağırıb.

O, digər fərmanı ilə qaçqınların ABŞ-yə köçməsini azı 3 ay müddətinə dayandırıb. Artıq ABŞ sərhəd orqanları keçmiş prezident Cozef Baydenin “CBP One” proqramını bağlayıblar. Bu proqramla yüz minlərlə miqrant qəbula yazılaraq ABŞ-a leqal yolla daxil ola bilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top