Son vaxtlar "TikTok" sosial şəbəkəsinin Azərbaycan seqmentində qadın bədəninin vulqar formada təqdim edilməsi diqqət çəkir. Açıq-saçıq geyimlə bəzədilmiş klonları əsasən şənliklərdə, ad günlərinə dəvət olunur. Bu da insanlar arasında birmənalı qarşılanmır.
Bununla bağlı sosioloq Lalə Mehralı Demokrat.az-açıqlamasında bildirib ki, hazırkı vəziyyət baş verənə qədər buna gələn yol da var idi:
“İllərlə “Barbie” gəlincikləri ilə böyüyən uşaqlardır ki, bu gün o gəlinciyi ideal hesab edir. 22-25 yaşında olan qadınlar, halbuki gəncliyinin ən gözəl çağındadır, bədən quruluşunun ən ideal formasındadır, özünü məcbur hiss edir, gedib ombasını, sinəsini böyütdürməyə, dodaqlarını şişirtdirməyə, gözünün rəngini dəyişməyə. Artıq gözəllik anlayışı təhlükəyə qədər gedib, çıxıb. Qadınlar kor olacaqlarını bilə-bilə bu addımı atırlarsa, bunun altında ciddi psixoloji vəziyyətlər yatır. Şənliklərdə təqdim olunan obrazlar da eyni formanı təbliğ edirlər. Ombalar böyük, sinə dik, saçlar sarı, gözlər rəngli”.
Sosioloq əlavə edib ki, qadın obrazını adiləşdirməyə çalışırlar:
“Hazırda qadın bədəni üzərindən pul qazanmağa çalışırlar. Qadının səviyyəsini çox düşürdülər, çox endirdilər. Əvvəllər gözəllik spesifik anlayışı idi. Hər gözəlin özünün gözəllik standartları var idi. Yəni, bu tamamilə fərdə özəl idi. Hər bir qızın özünə məxsus kaman qaşları, incə dodaqları, alma yanaqları var idi. İndi gözəllik standartlaşıb. Gözəllik anlayışını elə bir səviyyə qədər endirdilər ki, indi plastik əməliyyatdan çıxmayana gözəl demirlər. Bariz görünür ki, bu insanın gözəlliyi həkimlər tərəfindən yaradılıb və vulqar görünür. Amma yenədə onu gözəl hesab edirlər. Xüsusi siyasətlə bu vəziyyətə gətirdilər qızları, qadınları”.
Leyla Turan
Demokrat.az