Yazı var, orada yaradanın imzası olur. Yazı da var, orada qəhrəmanların imzası olur. Məsələn, 1990-cı ildə zalım sovet rejiminin qərarlarına qarşı gələrək tarixə möhürünü vuran qəhrəmanlarımızın yazısı kimi. Həmin dövrdə qanlı hadisələrin əsas səbəbkarı olan Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı.
Həmin vaxt əhalini məlumat blokadasına salmaq üçün Azərbaycan televiziyasının enerji bloku partladıldı. Məkrli məqsədlərə xidmət edən fərman qüvvəyə minənədək yanvarın 20-də saat 00:00-dək artıq 9 nəfər öldürülmüşdü.
Sovet qoşunlarının Bakıya və Azərbaycanın digər rayonlarına hərbi müdaxiləsi nəticəsində öldürülən insanların sayı rəsmi olaraq 147 nəfər olub. İnsanlar xüsusi qəddarlıqla və yaxın məsafədən güllələnib.
BMT Nizamnaməsinə zidd olan bu hərbi təcavüz, ölkəmizə qarşı amansız müdaxilə əlbəttə ki, ilk və son deyildi. Bu kimi faciəli hadisələr XX əsr boyu sovet rəhbərliyinin xalqımıza qarşı yeridilən düşünülmüş siyasətinin bir parçası idi. Məsələn, Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı soyqırımılar və soydaşlarımızın əzəli Qərbi Azərbaycan torpaqlarından qovulması bu siyasətin təzahürüdür. Lakin ədalətin çarxı gec dönsə də, incə üyüdür. Bu hadisə təkcə Azərbaycanda müstəqillik hərəkatını sürətləndirmədi və Sovet İttifaqına ciddi zərbə ilə yekunlaşmadı, həm də Azərbaycanın hərbi-diplomatik Qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi yolunda keçid rolunu da oynadı. Şəhərimizin ən yüksək hissəsində salınmış Şəhidlər Xiyabanında dəfn olunan ilk şəhidlərin şücaətini miras alan qəhrəman oğullarımız Qarabağın ən yüksək zirvəsi Şuşada qərar tutdular!
Azərbaycan torpaqlarını azad etmək üçün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində şəhərlərimiz, qəsəbələrimiz, kəndlərimiz, strateji yüksəkliklərimiz azad olundu. Beləcə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, 27 il yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnamələrini özümüz tək başına icra etdik.
Ermənistan kapitulyasiya sənədini imzaladı, hərbi əməliyyatlar dayandırıldı. Müharibənin dayandırılmasına xidmət edən üçtərəfli bəyanata əsasən Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan Silahlı Qüvvələrinin geri çəkilməsinə paralel olaraq bölgədə yerləşdirildi. Lakin 3 il sonra Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Beləcə Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək ölkəni tərk etdi. Azərbaycanın Zəfər yürüşü Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı.
Baş verənlərin məntiqi nəticəsi kimi növbəti mərhələdə Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi də tam başa çatdı. Bu tarixi hadisə ilə 1990-cı ilin 20 Yanvar hadisələri zamanı şəhid olmuş və məfkurəsi Vətənlə yoğrulmuş qəhrəmanlarımızın ruhu şad oldu.
Daha ətraflı Baku TV-nin videomaterialında: