Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz azadlığı uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Hər il faciənin ildönümündə milyonlarla insan Şəhidlər Xiyabanlarını ziyarət edir, qəhrəmanlarının xatirəsini anır.
Şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edərkən ümummilli liderimiz Heydər Əliyevin bu fikirləri bir daha yada düşür: “20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq, eyni zamanda onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. Onların tökülən qanı bütün xalqımızın qanıdır. O qanın hər damcısında xalqımızın qüdrəti, qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.
20 yanvar 2025-ci il tarixdə “20 Yanvar” faciəsinin 35-ci ildönümü ilə əlaqədar Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, aparatın məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri və kollektivləri, şəhid ailələrinin üzvləri, rayon ictimaiyyətinin nümayəndələri rayonun şəhidlər xiyabanını ziyarət etdilər.
Ziyarət edənlər Şəhidlər xiyabanında “20 Yanvar” şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksi və şəhid məzarları önünə gül-çiçək dəstələri düzərək ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən vətən övladlarının xatirəsini böyük hörmətlə andılar. Saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.