Gəncədə şortikə görə yaranan mübahisə QANLA BİTDİ

KRİMİNAL 20 yanvar 2025, 11:17
Samux rayon sakini, 54 yaşlı İlimşah Şahvələdov Gəncə şəhərində bir neçə nəfər tərəfindən bıçaqlanıb.

Demokrat.az teleqraf.com-a istinadən xəbər verir ki, mübahisə şortik üstündə yaranıb. Belə ki, İ.Şahvələdov Adilxan Ziyadxanov küçəsi ilə Atatürk prospektinin kəsişməsində yerləşən yataqxanada kirayədə yaşayırmış.

İlkin məlumata görə, o, həyətə şortiklə düşüb. Bu zaman bir qrup şəxs buna etiraz edib. Nəticədə tərəflər arasında mübahisə yaranıb. Mübahisə qızışaraq əlbəyaxa və bıçaqlı davaya çevrilib.

İ.Şahvələdov çiyin nahiyəsindən iki bıçaq zərbəsi alıb. Yaralı xəstəxanaya çatdırılıb və əməliyyat olunub.

Hadisəni törətməkdə 43 yaşlı Emin Dünyamalıyev şübhəli bilinir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Araşdırma aparılır.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 yanvar 2025, 21:39
Top