Azərbaycan qazının Türkiyə və Avropa bazarına ixracının artırılması və bu istiqamətdə iş birliyinin həyata keçirilməsi müzakirə olunub.
Demokrat.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanla birgə mətbuat konfransında bildirib.
Ceyhun Bayramov deyib ki, hazırda Azərbaycan qazının coğrafiyası 12 ölkədən ibarətdir: “Ümid edirik ki, növbəti illərdə ixrac olunan Azərbaycan qazının həmi və ixrac edilən ölkələrin sayı genişlənəcək”.
Nazirlər yaşıl enerjinin Avropaya çatdırılmasına dair də müzakirə aparıb.
"Xəzər bölgəsi və Mərkəzi Asiyada istehsal olunan yaşıl enerjinin Avropa bazarına çatdırılması istiqamətində də Azərbaycanla Türkiyə arasında çox yaxşı iş birliyi potensialı mövcuddur", - Ceyhun Bayramov bildirib.
Nazir deyib ki, bu mövzuda da türkiyəli həmkarı ilə müzakirə aparıb. (APA)