Husilər İsrailin cənubunu kütləvi atəşə tutublar

DÜNYA 17 yanvar 2025, 19:55
Husilər İsrailin cənubunu və mərkəzini raketlər və PUA-larla kütləvi atəşə tutduqlarını açıqlayıblar.

Demokrat.az
xəbər verir ki, bu barədə RİA Novosti yazır.

“Biz Umm ər-Rəşraş bölgəsində İsrail düşməninin mühüm obyektlərini hədəf alan hərbi əməliyyat keçirdik. Əməliyyat dörd qanadlı raketdən istifadə edilərək həyata keçirilib. Məqsədlərimizə uğurla nail olmuşuq”- deyə husilər bildirib.

Husilərin lideri Abdel Malik əl-Husi deyib ki, Təl-Əviv Qəzza zolağında döyüşləri dayandırmayınca İsrailə hücumlar dayanmayacaq.

Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top