Politoloq: "Ermənistan çox təhlükəli bir yol seçib"

GÜNDƏM 16 yanvar 2025, 18:49
"Sülh qarşısında duran ən böyük maneə Ermənistanın sülhə doğru yox, əks istiqamətdə hərəkət etməsidir. Ermənistan rəhbərlərinin, xüsusilə Paşinyanın dəbdəbəli bəyanatlarına baxsaq, görərik ki, bu adamdan daha çox sülhsevər adam yoxdur. Onlar bir qayda olaraq həmişə alovlu tərzdə sülhdən danışırlar. Ancaq atdıqları addımlar dedikləri sözlər tərs mütənasibdir. Aİ-yə üzv olmaq üçün hərəkət edirlər, ABŞ ilə strateji tərəfdaşlıq haqqında saziş imzalayırlar".

Bu sözləri Demokrat.az-a politoloq Tofiq Abbasov deyib. 

O bildirib ki, bütün bunları silah-sursat və cihazlar almaq üçün edirlər:

"Bunlar ola bilər. Ancaq sülh sülhdür, qarşıdurma qarşıdurmadır. Ermənistanın daxilində revanşizm gündən-günə yüksəlir, bəzi qüvvələr açıq-aşkar müharibə çağırışı edirlər. Nasist ideologiyasına qulluq edən gənclər yürüyüş edirlər. Biz necə onların sülhsevərliyinə inana bilərik? Bütün proseslər indiki hakimiyyəti gözü önündə baş verir. İstisna etmək olmaz ki, onlar prosesləri özləri hazırlayırlar. Erməni cəmiyyətində türkəfobia, İslamafobia kimi yanaşmalar var. Biz görürük ki, onların gördüyü bütün işlər radikalizmin güclənməsinə xidmət edir. Məqam axtaracaqlar ki, ən yaxın zamanda üstünlüyü ələ keçirib bizə diqtə etsinlər, problem yaratsınlar. Prezident İlham Əliyev bir daha onlara xatırlatdı ki, biz onların təhlükəli oyunlarının mahiyətini heç vaxt yaddan çıxarmarıq. Tərəddüdsüz deyə bilərik ki, Ermənistan çox təhlükəli bir yol seçib. Ermənistan regionda inkişafa, geniş inteqrasiyalara imkan olduğu halda Aİ-yə, ABŞ-ə can atır. Guya Ermənistanın xilası onların əlindədir. Biz heç zaman bu prosesləri diqqətdən kənar saxlamamışıq. Lazım gəlsə, onlar istənilən cavabı alacaqlar. Ermənistan sülh sazişində bizi aldatmaq üçün "iştirak" edir. Biz isə hər zamankı kimi reallığı görürük".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 yanvar 2025, 20:04
Top