Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədilə qaçırıldı

HADİSƏ 16 yanvar 2025, 12:03
Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədilə qaçırılıb.

Demokrat.az
xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Goranboy şəhərində qeydə alınıb.

Goranboy şəhər 1 saylı tam orta məktəbin 10-cu sinif şagirdi, 2007-ci il təvəllüdlü Leyla Qasımova (şərti ad) rayonun Səfikürd kənd sakini olan 21 yaşlı sevdiyi oğlan tərəfindən evlənmək məqsədilə qaçırılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır:

"Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 yanvar 2025, 16:13
16 yanvar 2025, 16:02
Top