Çinin “ByteDance Ltd” şirkəti TikTok tətbiqini amerikalı milyarder İlon Maska sata bilər.
Demokrat.az xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Bloomberg” agentliyi yayıb.
Bildirilib ki, ABŞ Ali Məhkəməsi TikTok platformasının ölkə ərazisində qadağasını dəstəkləyərsə bu ssenari mümkün olacaq.
Agentlik satışla bağlı yekun qərarın hələ verilmədiyini vurğulayıb. Bununla yanaşı, şirkət, Çin rəhbərliyi, eləcə də İlon Mask məsələyə dair açıqlama verməkdən imtina ediblər.
Qeyd edək ki, yanvarın 10-da amerikalı hakimlər müzakirələr zamanı platformanın ABŞ-də qadağan olunması ehtimalının yüksək olduğunu qeyd ediblər. TikTok-un ölkədə qadağan edilməsinin təşəbbüskarı isə hazırkı Prezident Co Bayden olub. Belə ki, o, ötən ilin aprelində “ByteDance” şirkətindən 19 yanvar 2025-ci ilə qədər ABŞ-də TikTok-un fəaliyyətini dayandırmağı tələb edən qanunu imzalayıb.
Ötən ilin sonunda isə ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp qadağanın təxirə salınmasına dair çağırış edib.