Xəbər verdiyimiz kimi, Bakıda avtomobillə piyadanı vuraraq ölümünə səbəb olan şəxsin “Azəriqaz” İstehsalat Birliyinin baş direktorun müşaviri Nail Abdullayevin olması barədə xəbərlər yayılıb.
Demokrat.az Modern.az-a istinadən xəbər verir ki, Nail Abdullayev Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadiyyatın Tənzimlənməsi” bakalavr təhsili, Bahçeşehir Universitetində “Biznesin idarə edilməsi” (MBA) üzrə isə magistr təhsili alıb.
O, 2013-cü ildən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tabeliyində olan qurumlarda, SOCAR Türkiye Qrupunda müxtəlif rəhbər vəzifələrdə çalışıb.
Daha sonra “Azəriqaz” İstehsalat Birliyinin baş direktorun müşaviri təyin edilib. Nail Abdullayev ötən ilin ortalarından “Azəriqaz”da baş direktorun müavini vəzifəsində çalışır.
Xatırladaq ki, hadisə Sabunçu körpüsunun yaxınlığında, H.Əliyev prospekti ilə Hava limanı istiqamətində baş verib. 1980-ci il təvəllüdlü Nail Abdullayev idarə etdiyi “Mercedes” markalı, 77 YD 054 dövlət nömrə nişanlı avtomobillə 40-45 yaşlarda kişini vurub.Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qeyd edək ki, qəza prospektin piyadalar üçün nəzərdə tutulmayan hissəsində baş verib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi açılıb.